"Qalatasaray" daha bir nigeriyalı futbolçu ilə anlaşmağa yaxındır

"Qalatasaray" yay transfer pəncərəsi bağlanmadan heyətini daha 2 futbolçu ilə gücləndirmək istəyir.

Sportline.az Foot Mercato-ya istinadla xəbər verir ki, "sarı-qırmızılılar" "Klub Brugge"də çıxış edən 23 yaşlı oyunçu Rafael Onyedika ilə razılığa gəlib.

Xəbərdə bildirilir ki, yarımmüdafəçi ilə 5 illik müqavilə imzalanacaq. Oyunçu ilə anlaşan istanbullular Belçika klubu ilə razılığa gəlməyə çalışırlar. 

"Klub Brugge" ilə 2027-ci ilə qədər müqaviləsi olan Onyedika 2022-2023 mövsümünün əvvəlində "Midyülənd" klubundan 9.5 milyon avro qarşılığında transfer edilib. 

Qeyd edək ki, yarımmüdafiəçi paytaxt klubu ilə 95 oyunda 4 qol və 2 asistə imza atıb.