"Qalatasaray" daha bir ulduzun transferinə hazırlaşır

"Qalatasaray" heyətə daha bir ulduz futbolçu cəlb etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, söhbət braziliyalı Kazemirodan gedir.

Bu haqda The Times internet portalında məlumat yayılıb.

Mənbənin bildirdiyinə görə, İstanbul nəhəngi "Mançester Yunayted"in yarımmüdafiəçisi üçün hərəkətə keçib. 

Qeyd edək ki, Kazemiro mövsümə heç də yaxşı başlamayıb.

Onun əsas heyətdəki yerini qoruyacağı sual altındadır.

Bu məsələ xüsusilə Manuel Uqartenin gəlişindən sonra gündəmə gəlib.

Onun transfer dəyəri 20 milyon avro kimi göstərilir.