"Qalatasaray" derbinin hazırlıqlarını tamamladı

"Qalatasaray" Super Liqanın 6-cı turunda səfərdə  "Fənərbağça" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi komanda derbi matçının son hazırlıqlarını tamamlayıb.

Dinamik isinmə hərəkəti ilə başlayan məşq iki qrupda 8-ə 2 ötürmə ilə davam edib. Məşq prosesi taktiki çalışmalarla yekunlaşıb.

Mauro İkardi idmanda yer alarkən, Hakim Ziyeş komandadan ayrı çalışıb.

Qeyd edək ki, Şükrü Saracoğlu stadionunda keçiriləcək görüş sabah saat 21:00-da başlayacaq.