"Qalatasaray" dünya çempionu ilə maraqlanır

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini sol cinah müdafiəçisi ilə gücləndirmək istəyir.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" "Lion"un argentinalı futbolçusu Nikolas Taqliafiko ilə maraqlanır.

Xəbərdə baş məşqçi Okan Burukun 31 yaşlı müdafiəçini komandada görmək istədiyi bildirilib.

Ötən mövsüm Liqa 1-də 25 oyuna çıxan Taqliafiko aktivinə 3 qol və 2 asist yazdırıb.

Qeyd edək ki, onun "Lion" klubu ilə bu mövsümün sonuna qədər müqaviləsi var.