"Qalatasaray" düşərgəsində həyəcan

“Qalatasaray” düşərgəsində həyəcan yaşanmaqdadır.

Sportline.az xəbər verir ki, klubunun bir üzvündə koronavirus aşkarlanıb.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb.

Koronavirus testi müsbət çıxan şəxsin adı açıqlanmayıb və karantinə alınıb. “Qalatasaray” klubunun məşqləri 6 günlük dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl “Fənərbaxça” və “Beşiktaş” klublarının üzvlərində də koronavirus aşkarlanmışdı.