"Qalatasaray" düşərgəsində təşviş

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz yenidən xəstəxanaya yerləşdirilib.

Sportline.az xəbər verir ki, klub rəhbəri növbəti dəfə əməliyyat olunub.

Bir neçə gün əvvəl beyin şişinə görə 10 saatlıq əməliyyat keçirən və ötən həftə evə buraxılan Cengizdə bu dəfə mədə qanaması baş verib.

Bu üzdən “cim-bom”un prezidenti bu gün təcili əməliyyata alınıb.