"Qalatasaray" "Fənərbağça" klubunu ələ salan formaları satışa çıxarıb
"Qalatasaray" "Fənərbağça" klubunu ələ salan formaları satışa çıxarıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" ilə Türkiyə Super Kubokunun final matçında qarşılaşan "Qalatasaray" 1-ci dəqiqədə vurduğu qolla qalib gəlib.
İstanbul nəhəngi çempionluğunu yenir formaları ilə qeyd edib. "Sarı-qırmızlar" üzərinə "Səninlə bir dəqiqə, bir ömürlük xatirə" yazılı köynəkləri satışa çıxarıblar.
Qeyd edək ki, "Fənərbağça" klubu qol buraxdıqdan sonra oyunu tərk etdiyi üçün TFF tərəfindən cəzalandırılıb. "Sarı-lacivərtlər" növbəti 2 mövsümdə Türkiyə Super Kubokunda mübarizə apara bilməyəcəklər.