"Qalatasaray" "Fənərbağça"nın sabiq futbolçusunu transfer edə bilər

"Qalatasaray" klubu heyətinə yeni mərkəz müdafiəçisi transfer etməyi düşünür.

Sportline.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, "Bavariya"nın cənubi koreyalı futbolçusu Kim Min-Ce "Qalatasaray"ın transfer hədəfinə çevrilib.

28 yaşlı stoperin transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Kim Min-Ce 2021-2022-ci illər mövsümündə "Fənərbağça"da çıxış edib. O, İstanbul klubundan 19 milyon avro qarşılığında "Napoli"yə keçib.