“Qalatasaray” finala yüksəldi

Türkiyə Superkuboku uğrunda ilk yarımfinal matçı keçirilib. 

Sportline.az xəbər verir ki, Qaziantepdə keçirilən matçda “Qalatasaray” “Trabzonspor”la üz-üzə gəlib. 

Rəqibini 4:1 hesabı ilə məğlub edən İstanbul klubu həlledici qarşılaşmaya vəsiqə qazanıb.

“Qalatasaray” - “Trabzonspor” - 4:1
Qollar: Yılmaz, 38 (1:0), Elmalı, 45+3 (2:0), Auqusto, 55 (2:1), Akgün, 63 (3:1), İkardi, 81 (4:1)

Qeyd edək ki, “Qalatasaray”ın finaldakı rəqibi “Fənərbaxça” - “Samsunspor” cütünün qalibi olacaq.