"Qalatasaray" "Frayburq"un oyunçusu ilə anlaşıb

"Qalatasaray" transferin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az jurnalist Yağız Sabuncuoğluna istinadla xəbər verir ki, "sarı-qırmızılılar" "Frayburq" forması geyinən Roland Salai ilə 4 illik razılıq əldə ediblər.

27 yaşlı hücumçu bu gün tibbi müayinədən keçmək üçün İstanbula gələcək.

Ötən mövsüm Almaniya klubunun heyətində 37 oyuna çıxan Salai bu görüşlərdə 8 qol vurub, 4 asist edib.

Qeyd edək ki, təcrübəli oyunçu 54 dəfə geyindiyi Macarıstan milli komandasının forması ilə 13 qola imza atıb.