"Qalatasaray" gürcüstanlı ulduzu heyətinə qatmaq istəyir

"Qalatasaray" klubu yanvar ayında heyətini güclədirməyi planlaşdırır.

Sportline.az "Skorer" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" Okan Buruk heyətdə görmək istədiyi Mikautadze üçün "Lion"a 15 milyon avro təklif göndərib.

Mikautadzenin "Lion"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 20 matçda 6 qol və 1 asistlə yadda qalıb.