“Qalatasaray” Hakanı istəyir

Qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyən Türkiyənin “Qalatasaray” klubu “İnter”in ulduzu Hakan Çalhanoğlunun xidmətində maraqlı olduğunu növbəti dəfə açıqlayıb.

Sportline.az xəbər verir ki, mövsümün əvvəlində milli futbolçunu diqqətdə saxlayan, lakin müqaviləni yekunlaşdıra bilməyən “Qalatasaray” yenidən İtaliya klubu ilə təmasa keçib.

Bu haqda "Fanatik" nəşri məlumat yayıb.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində 22 matça çıxıb. O, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.