"Qalatasaray" hücumçusu ilə yolları ayırır

"Qalatasaray" Halil Dervişoğlunun transferi üçün "Qaziantep FK" ilə razılığa gəlib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, icarə əsasında Qaziantep klubuna transfer olunacaq futbolçu 1 illik müqaviləyə imza atacaq.

"Qalatasaray"ın ötən mövsüm heyətinə qatdığı Halil Dervişoğlu daha sonra icarə əsasında "Hatayspor"da çıxış edib.

Karyerası ərzində 210 oyuna çıxan türkiyəli hücumçu bu matçlarda 60 qol və 32 asistlə yadda qalıb.

Qeyd edək ki, Halil daha əvvəl "Börnli", "Brendford", "Tvente" və "Sparta Rotterdam" kimi klubların formasını geyinib.