“Qalatasaray” İngiltərə klubuna elçi düşüb

“Uotford”un sol cinah vingeri Rokko Vata “Qalatasaray”ın diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, İstanbul klubu yanvar ayında “Uotford”a rəsmi təklif göndərəcək.

Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.

Qeyd edək ki, 20 yaşlı oyunçu bu mövsüm çıxış etdiyi 10 oyunda 2 qol, 2 məshuldar ötürmə müəllifi olub.