"Qalatasaray" İngiltərə klubundan futbolçu alır
"Qalatasaray" Bissuma transferində son mərhələyə çatdı.
Sportline.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Tottenhem" klubunda çıxış edən yarımmüdafiəçi İv Bissumanın transferində son mərhələyə daxil olub.
Fransız jurnalist Fabrise Hokinsin məlumatına görə, "Qalatasaray" artıq futbolçu ilə şəxsi şərtlər üzrə razılıq əldə edib. Hazırda klub "Tottenhem" rəhbərliyi ilə aparılan danışıqlarda son mərhələni keçir.