"Qalatasaray" ingiltərəli futbolçunu transfer etmək istəyir
“Qalatasaray” klubu heyətini gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, klub “Southempton” forması geyinən Kayl Uolker-Petersi transfer etmək qərarın gəlib.
Bu barədə "Fanatik" qəzeti məlumat yayıb.
Bildirilib ki, “cimbom” sağ cinah müdafiəçisini icarəyə yox, birdəfəlik transfer etmək istəyir.
Qeyd edək ki, 27 yaşlı ingiltərəli furbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində çıxış etdiyi 21 rəsmi matçda 2 assistlə yadda qalıb.