“Qalatasaray” İsveçə itkilərlə yollanıb

UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, Türkiyə çempionu “Qalatasaray” bu turda səfərdə “Malmö” ilə qarşılaşacaq.

“Qalatasaray”da itkilərin sayı kifayət qədərdir. Viktor Osimhen, Mauro İkardi, Barış Alper Yılmaz, Kaan Ayhan və İsmail Yakops zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

“Malmö”də rəqibi kimi bu matça itkilərlə çıxacaq. Anton Tinnerholm, Yohan Dahlin, Niklas Moyzander, Pontus Yansson, Zead Haksabanoviç və Stefano Veççia baş məşqçi Henrik Ryütsromun sərəncamında olmayacaq.

Görüşü 34 yaşlı ingiltərəli hakim Con Bruks idarə edəcək.

Qeyd edək ki, “Malmö” – “Qalatasaray” matçı bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.