"Qalatasaray" "Kasımpaşa" ilə oyuna yeni taktiki sxemlə çıxacaq

Super Liqanın 7-ci turunda keçiriləcək "Qalatasaray"-"Kasımpaşa" oyununun start heyətləri açıqlanıb.

Sportline.az xəbər verir ki, "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk heyətdə dəyişiklik edib. "Cim-bom" bu mövsüm liqada ilk dəfə bir oyuna iki mərkəz hücumçu ilə çıxacaq.(4-4-2).

Komandaların ilk 11-likləri aşağıdakı kimidir:

"Qalatasaray": Muslera, Yelert, Nelsson, Bardakçı, Yakobs, Kerem, Sara, Sallai, Yunus, Osimhen, İkardi.

"Kasımpaşa": Yaniyotis, Vink, Opoku, Özcan, Ben Uanes, Kafu, Fol, Barak, Aytaç, Hayradinoviç, Da Kosta.

Qeyd edək ki, RAMS Parkdakı qarşılaşma 20:00-da başlayacaq.