"Qalatasaray" "Kasımpaşa" matçına 1 itki ilə çıxacaq

Super Liqanın 7-ci turunda "Qalatasaray" doğma meydanda "Kasımpaşa" ilə qarşılaşacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, oyun qabağı "sarı-qırmızılılar"ın heyətində yalnız Hakim Ziyeş görüşü buraxacaq. Milli komandada zədələnən mərakeşli futbolçunun zədəsi davam edir.

"Qalatasaray" bu görüşdən qalib ayrılacağı təqdirdə tarixinin ən yaxşı liqa başlanğıcına imza atacaq.(7 oyun).

Qeyd edək ki, RAMS Parkda keçiriləcək qarşılaşma sabah 20:00-da başlayacaq. "Qalatasaray" 6 turdan sonra 18 xalla zirvədə qərarlaşır. 11-ci sıradakı "Kasımpaşa"nın aktivində 6 xal var.