"Qalatasaray" klubu bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qalatasaray" klubu bu gün mövsüm öncəsi ikinci yoldaşlıq görüşünə çıxacaq.
Sportline.az xəbər verir ki, "Sarı-qırmızılılar" "Raiffeisen Arena"da keçiriləcək matçda "Fortuna Düsseldorf"la qarşılaşacaqlar.Oyun Bakı vaxtı ilə 21:30-da start götürəcək.
İlk yoldaşlıq oyununu Avstriyanın LASK Linz komandasına qarşı keçirən Okan Burukun kollektivi meydandan 2-3 hesablı məğlubiyyətlə ayrılmışdı.
Qeyd edək ki, Super Liqada ötən mövsümü çempion tamamlayan "Qalatasaray" Çempionlar Liqasına pley-off mərhələsindən qatılacaq.