“Qalatasaray” kolumbiyalı futbolçu ilə maraqlanır

“Fluminense”nin kolumbiyalı futbolçusu Con Arias karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi 27 yaşlı futbolçu üçün “Fluminense”yə 6.5 milyon avro rəsmi təklif göndərib.

Con Arias “Qalatasaray”da çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Con Arias bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 6 qol və 3 asistlə yadda qalıb.