"Qalatasaray" kolumbiyalı futbolçu ilə razılıq əldə edib
"Qalatasaray" kolumbiyalı futbolçu Con Ariası transfer etməyə yaxındır.
Sportline.az "RTİ Esporte"yə istinadən xəbər verir ki, İstanbul klubu "Fluminense" ilə görüşmələrə başlayıb.
"Fluminense" Con Arias üçün "Qalatasaray"dan 20 milyon avro tələb edir.
Qeyd edək ki, Ariasın Brazilya klubu müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
27 yaşlı vinger "Qalatasaray"da çıxış etməyə müsbət yanaşır.