"Qalatasaray" kolumbiyalı futbolçunu transfer etmək istəyir
"Qalatasaray" "Genk"in kolumbiyalı futbolçusu Karlos Kuestanı transfer etmək niyyətindədir.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu bu keçid üçün "Genk"ə 8 milyon avro ödəməyə hazırdır.
K.Kuestanın Belçika klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi cari mövsüm çıxış etdiyi 13 oyunda 1 qolla yadda qalıb.