"Qalatasaray" legioneri ilə yollarını ayırdı

"Qalatasaray" Omar Elabdellauini komandadan göndərib. 

Sportline.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

30 yaşlı futbolçu 2020-ci ildə "Olimpiakos"dan ayrılıb "Qalatasaray"a keçmişdi.