“Qalatasaray” - “Liverpul”: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Qalatasaray" "Rams Park"da "Liverpul"la üz-üzə gələcək.

"Cimbom"da Viktor Osimhenin oynayıb oynamayacağı matç saatlarında bəlli olacaq.

"Liverpul"da Ciovanni Leoni və Stefan Bayçetiç zədə səbəbindən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü fransalı Kleman Turpen idarə edəcək.