"Qalatasaray" "Mançester Yunayted"in futbolçusunu izləməyə başlayıb
"Qalatasaray"ın yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, İstanbul klubu "Mançester Yunayted"in uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarteni izləməyə başlayıb.
Jurnalist Erol Evcenin məlumatına istinadən xəbər verir ki, "cimbom" yanvar ayında İngiltərə klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, M.Uqarte bu mövsüm 11 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.