"Qalatasaray" məğlub oldu
Türkiyə Superliqasında 17-ci tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Yeni Malatyaspor” “Sivasspor”la heç-heçə edib - 2:2. “Qaziantep” “Ankaragücü”nü məğlub edib - 2:0.
"Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub. Məhsuldar keçən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:3.
5 yanvar
Türkiyə Superliqası, 17-ci tur
"Yeni Malatyaspor" – "Sivasspor" - 2:2
Qol: Fofana, 25. Tetteh, 63 – E.Yeşilyurt, 18. Qradel, 32.
"Qaziantep" – "Ankaragücü" - 2:0
Qol: Maksim, 69. E.Şahin, 90+5.
"Konyaspor" – "Qalatasaray" - 4:3
Qollar: E.Daci, 41; 46. U.Demirok, 82-pen. Kravets, 90+2 – Diaqne, 45+2; 77-pen. O.Çağlayan, 90+5.
Bu nəticələrdən sonra "Qaziantep" xallarını 31-ə çatdıraraq liderliyə yüksəlib. 2-ci pillədəki "Beşiktaş"ın da xalları eynidir. "Alanyaspor" və "Qalatasaray" isə 30 xalla 3-cü, 4-cü yerləri bölüşürlər.