"Qalatasaray" "Milan"ın futbolçusuna göz qoydu

"Qalatasaray" "Milan"ın yarımmüdafiəçisi Yussuf Fofananı heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu İstanbul klubuna keçməyə razıdır.

Lakin son qərarı "Milan" klubu verəcək.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 1 qol, 3 asistlə yadda qalıb.