"Qalatasaray" müdafiəçisi ilə yollarını ayırır

"Qalatasaray"ın danimarkalı futbolçusu Viktor Nelsson klubdan ayrılacaq.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Roma" Nelssonla razılıq əldə edib. Transferin bu həftə reallaşacağı gözlənilir.

26 yaşlı stoperin "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Nelssoon 2021-ci ildə 7 milyon avro qarşılığında "Kopenhagen"dən "Qalatasaray"a transfer olunub.