"Qalatasaray" polşalı futbolçunun transferini yekunlaşdırmaq üzrədir
Heyətini yenidən gücləndirmək istəyən "Qalatasaray" növbəti transferini yekunlaşdırmaq üzrədir.
Sportline.az A Spor-a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" cinah oyunçusu Zalevskinin transferi ilə bağlı "Roma" ilə razılığa gəliblər.
Oyunçu ilə qısa müddət ərzində rəsmi müqavilə imzalanacağı gözlənilir.
Xəbərdə bildirilir ki, "Qalatasasaray" 22 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 10 milyon avro ödəyəcək. Zalevski özü isə yeni klubunda illik 2 milyon avro qazanacaq.
Qeyd edək ki, "Roma" ilə müqaviləsi növbəti mövsüm başa çatacaq polşalı oyunçu ötən mövsüm 33 matçda 3 asistə imza atıb.