"Qalatasaray" polşalı oyunçu ilə maraqlanır
Super Liqada son 2 ilin çempionu "Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.
Sportline.az Sky Sport İtalia-ya istinadla xəbər verir ki, Türkiyə klubu "Roma"da çıxış edən 22 yaşlı futbolçu Nikola Zalevski ilə maraqlanır.
"Sarı-qırmızılı" klubun rəsmiləri artıq oyunçunun keçidi üçün Roma ilə danışıqlara başlayıblar.
2021-ci ildən "canavarlar"ın heyətində çıxış edən polşalı yarımmüdafiəçi 73 oyunda 3 qol imza atıb.
Qeyd edək ki, Türkiyədə yay transfer pəncərəsi sentyabrın 13-də bağlanacaq.