“Qalatasaray” “Real Madrid”ə elçi düşüb
"Qalatasaray" yeni mərkəz müdafiəçisi axtarışına çıxıb.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in ispaniyalı stopperi Raul Asensio "Qalatasaray"ın 1 nömrəli transfer hədəfinə çevrilib.
Lakin Madrid klubu oyunçusunu satmaq niyyətində deyil.
Qeyd edək ki, Asensionun transfer qiyməti 40 milyon avrodur.