"Qalatasaray" rumıniyalı futbolçu ilə yollarını ayırıb
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" yarımmüdafiəçi Aleksasndru Çikaldau ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu icarə əsasında Rumıniyanın "Universitatea Krakoviya" klubuna transfer olunub. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
2021-ci ildə "Qalatasaray"a transfer olunan Çikaldau daha sonra icarı əsasında "İttihad Kalba" və "Konyaspor"da çıxış edib.
Ötən mövsüm "Konyaspor"un heyətində 31 oyuna çıxan futbolçu 1 qol və 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Çikaldaunun "sarı-qırmızılılar"la daha 2 il müqaviləsi var.