"Qalatasaray" səfərdə "Sivasspor"u məğlub etdi

Türkiyə Superliqasının son çempionu "Qalatasaray" səfərdə "Sivasspor"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, matç "Qalatasaray"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Qari Rodriges 25, Yunus Akgün 36, Viktor Osimhen 45+9 (pen), Barış Alper Yılmaz 53, Bekir Böke 90+1

Qeyd edək ki, "Qalatasaray" 38 xalla çempionat başçılıq edir. "Sivasspor" isə 18 xalla 10-cu pillədə qərarlaşıb.