"Qalatasaray" təxirə salınmış oyunda "Qaziantep FK"nı qəbul edəcək

Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış oyunda "Qalatasaray" doğma meydanda "Qaziantep FK" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, "Rams Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qarşılaşmada ədalət təmsilçisi Cihan Aydın olacaq.

Qeyd edək ki, çempionatda 4 oyunda sonra 12 xal toplayan "Qalatasaray" ikinci sıradadır. 3 oyundan sonra 3 xal yığan "Qaziantep FK" isə 14-cüdür.