"Qalatasaray" Tüdoru Loran Blana dəyişir

"Qalatasaray" rəhbərliyi komandanın son oyunlarda əldə etdiyi nəticələrə görə baş məşqçi vəzifəsində dəyişiklik etməyə hazırlaşır. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq İqor Tüdora əvəzləyici də tapıb. Bu, Loran Blandır.

Klub prezidenti Dursun Özbək idarə heyətinə Loran Blanın komandaya gətirilməsi ilə bağlı təklif verib və bu təklif bütün üzvlər tərəfindən dəstəklənib. İ.Tüdor istefaya göndərilərsə, fransalı mütəxəssisə rəsmi təklif ünvanlanacaq.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis bunadək "Bordo" və PSJ kimi klublarda, eləcə də, Fransa millisində çalışıb.