"Qalatasaray" ulduz futbolçusu ilə vidalaşır
"Qalatasaray"ın müqaviləsini ləğv etməyə hazırlaşdığı Hakim Ziyeşin yeni ünvanı, çox güman ki, İtaliya A seriyası olacaq.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından "elçi"ləri olan mərakeşli ulduzun prioriteti Avropadır. İtaliya komandalarının da radarında olan Ziyeş karyerasında bir ilk yaşaya bilər.
Belə ki, "Komo", "Venetsiya", "Kalyari" və "Torino" kimi komandalar Ziyeşin vəziyyətini yaxından izləyir.
Mərakeşli ulduz bu komandalardan birinə getsə, karyerasında bir ilk yaşayacaq. "Tvente", "Ayaks", "Çelsi" kimi klublarda forma geyən Ziyeş karyerasında ilk dəfə İtaliyada çıxış edəcək.
Təcrübəli futbolçu ilə İtaliya komandalarından başqa, "İpsviç" və "Vest Hem"in də maraqlandığı iddia edilir.
Qeyd edək ki, Ziyeşin hazır ki dəyəri "Transfermarkt" portalına görə 5 milyon avrodur.
O cari mövsüm çıxış etdiyi 11 matçda 1 asistlə yadda qalıb.