"Qalatasaray" ulduz futbolçusu ilə vidalaşır
"Qalatasaray" mərakeşlı futbolçusu Hakim Ziyeşlə yollarını ayırmağa hazırlaşır.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Ziyeş yanvar ayında klubdan ayrılacaq.
Baş məşqçi Okan Buruk Ziyeşin ayrılacağını təsdiq edib.
Qeyd edək ki, 31 yaşlı futbolçunun "Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Ziyeş cari mövsüm çıxış etdiyi 11 matçda 1 asistlə yadda qalıb.