"Qalatasaray" və "Beşiktaş" transfer yarışına girib
"Tottenhem"in ispaniyalı futbolçusu Serxio Reqilion karyerasını Türkiyə Süperliqasında davam etdirə bilər.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Qalatasaray" və "Beşiktaş" S.Reqilionun xidmətində maraqlıdır.
London klubu 28 yaşlı futbolçu üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Reqilionun "Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq.