"Qalatasaray" və "Fənərbağça"nın oyunlarının hakimləri açıqlandı
Türkiyə klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki oyunlarının hakimləri açıqlanıb.
Sportline.az xəbər verir ki, "Fənərbağça"nın doğma arenda "Anderlext"lə görüşünü çernoqoriyalı Nikola Dabanovic idarə edəcək.
Bu qarşılaşma fevralın 13-də Bakı vaxtı ilə 21:45-də başlanacaq.
"Qalatasaray"ın həmin gün səfərdə "AZ Alkmaar"la matçı isə portuqaliyalı Joao Pineyroya həvalə olunub.
Bu görüşün start fiti isə gecə yarısı səslənəcək.