"Qalatasaray" xal itirdi

“Qalatasaray” Türkiyə Superliqasında növbəti matçına çıxıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi 16-cı turda “Antalyaspor”la qarşılaşıb. Görüşdə “Qalatasaray” daha çox topa sahib olsa da, hesabda üstünlük əldə etməyi bacarmayıb. Beləliklə, oyun qolsuz heç-heçə ilə başa çatıb- 0:0.

Həmçinin "aslanlar"ın futbolçusu Emre Kılınc 51-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 30 xalla “Alanyaspor”un liderlik etdiyi turnir cədvəlində “Qalatasaray” eyni xalla 2-cidir. İlk “3-lüy”ü 28 xalı olan “Qaziantep” qapayır. “Antalyaspor” isə 18 xalla 15-ci pillədə qərarlaşıb.