"Qalatasaray" yenidən liderdir

Türkiyə Superliqasının 17-ci turunda "Qalatasaray" "Ankaragücü"nü qəbul edib.

Sportline.az xəbər verir ki, oyunda hesabı qonaqlar açsalar da, yekunda "aslanlar" qələbə qazanıblar - 2:1.

Bununla da, "Qalatasaray" 36 xalla yenidən zirvəyə yüksəlib. 2-ci yerdə isə 35 xalı olan "Fənərbağça" qərarlaşıb.