"Qalatasaray"a ağır itki üz verib

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Talat Özkarslı dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, o, bu gün səhər saatlarında vəfat edib.

“Göztəpə”, “Qalatasaray” və “Qaziantepspor” kimi klublarda çıxış etmiş 82 yaşlı sabiq yarımmüdafiəçi, uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

Karyerası ərzində 26 dəfə Türkiyə millisinin formasını geyinmiş Özkarslının bu gün dəfn olunacağı açıqlanıb.

Qeyd edək ki, 1961-ci ildə “Qalatasaray”a transfer olunan Talat Özkarslı “cim-bom”un heyətində 4 dəfə Türkiyə çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub.