"Qalatasaray"da Avstriya düşərgəsinin heyəti bəlli olub
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray"ın Avstriya düşərgəsinə aparacağı futbolçular müəyyənləşib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Sarı-qırmızılılar"ın heyətində 36 futbolçu yer alıb.
Türkiyə klubu burada 4 yoldaşlıq oyunu keçirəcək.(LASK, "Fortuna Düsseldorf", "Trencin", "Leççe")
Qeyd edək ki, "Qalatasaray" mövsümün ilk rəsmi oyununa Çempionlar Liqasının pley-off mərhələsində çıxacaq.