"Qalatasaray"da ayrılıq

Türkiyə Super Liqası komandalarından “Qalatasaray”da gözlənilən ayrılıq baş tutub.

Sportline.az xəbər verir ki, klub Hakim Ziyeşlə qarşılıqlı razılaşma əsasında, futbolçunun müqaviləsinə xitam verib.

Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mərakeş millisinin üzvü ötən il "Qalatasaray"a "Çelsi"dən transfer olunmuşdu.