"Qalatasaray"da şok itki
"Qalatasaray" ciddi itki ilə üzləşib.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saşa Boy Avropa Liqası qrup mərhələsinin 2-ci turunda "Marsel"lə keçirilən oyunda (0:0) zədələnib.
65-ci dəqiqədə əzələsində ağrı hiss edən 20 yaşlı müdafiəçi matçı davam etdirə bilməyib və DeAndre Yedlinlə əvəzlənib.
Fransalı müdafiəçi Superliqanın 8-ci turunda oktyabrın 3-də "Rizəspor"la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.