“Qalatasaray”da ciddi itki

“Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçının zədələndiyi açıqlanıb.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki,  Abdülkerim Bardakçı təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Təcrübəli futbolçunun müalicəsi davam edir.

Qeyd edək ki, A.Bardakçı “Eyüpspor”la matçda ağır zədə alıb.