"Qalatasaray"da növbəti ayrılıq gözlənilir
Yeni mövsüm öncəsi bir çox futbolçu ilə yollarını ayıran "Qalatasaray"da növbəti ayrılıq yaşana bilər.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-qırmızılılar"ın yeni mövsüm planlarında yer almayan Serxio Oliviyera komandadan ayrılacaq.
Xəbərdə, 32 yaşlı futbolçu üçün gələcək təkliflərin dəyərləndiriləcəyi bildirilib.
Oliviyera "Qalatasaray"da illik 2.7 milyon avro qazanır.
Qeyd edək ki, portuqaliyalı futbolçunun Türkiyə klubu ilə daha 2 il müqaviləsi var.