"Qalatasaray"da növbəti şad xəbər

"Qalatasaray"ın koronavirsa yoluxan vitse-prezindenti  Abdurrahim Albayrak sağalıb.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimdən sonra o da pandemiyaya qalib gəlib.

Bir neçə gün əvvəl evə buraxılan və müalicəsini ev şəraitində davam etdirən klub rəsmisinin sonuncu testinin nəticəsi mənfi olub.

Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir.