"Qalatasaray"da Viktor Osimhendən sonra daha 4 transfer gözlənilir

Nigeriyalı hücumçu Viktor Osimheni heyətinə qatan "Qalatasaray"da transfer çalışmaları davam edir.

Sportline.az Hürriyet qazetinə istinadla xəbər verir ki, "sarı-qırmızılılar" azad agent statusunda olan Adrien Rabyo ilə danışıqlar aparır.

Qalatasaray fransalı futbolçuya illik 8 milyon avro maaş təklif edib.

Türkiyə klubunun transfer siyahısında Veston Mekkeni, Filip Kostiç və Alexandro Ribeyro da var.

Qeyd edək ki, "Cim-bom" bundan əvvəl "Norviç Siti"dən Qabriel Sara və "Kopenhagen"dən Elias Jelerti heyətinə qatıb.